Putin müharibəni bitirmək üçün 6 ŞƏRTİNİ açıqladı - İLK DÖRDÜNDƏ RAZILAŞMA VAR

Hazırda oxunan: Putin müharibəni bitirmək üçün 6 ŞƏRTİNİ açıqladı - İLK DÖRDÜNDƏ RAZILAŞMA VAR

65688

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putin və Zelenski ilə danışıqlarında müharibənin dayandırılması, iki dövlət başçısının Türkiyədə görüşməsi ilə bağlı təklifini çatdırıb”.

Bizim.Media “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib.

O, görüşlə bağlı təklifə Zelenskinin müsbət cavab verdiyini, Putinin razılaşmadığını açıqlayıb. 

İ.Kalın vurğulayıb ki, V.Putinin liderlərin görüşündən əvvəl həll edilməsini istədiyi tələbləri var:

“Müzakirə edilən altı məsələ var. Birincisi, Ukraynanın tərəfsizliyi, yəni NATO üzvü olmaqdan imtina etməsidir. İkincisi, Avstriya modeli kontekstində silahsızlanma və qarşılıqlı təhlükəsizlik təminatlarının verilməsidir.

Üçüncüsü, rus tərəfinin “nasistlərdən təmizləmə” deyə ifadə etdiyi prosesdir. Dördüncüsü, ruscanın Ukraynada geniş istifadəsinə qoyulan maneələrin aradan qaldırılmasıdır.

Ən çətini beş və altıncı maddələrdir. Bunlar Donbas və Krımın statusu məsələsidir", - deyə İ.Kalın əlavə edib.

Türkiyə rəsmisi davam edən müzakirələrdə ilk dörd maddədə müəyyən məsafə qət edildiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO