"ABŞ-dan Zelenskiyə zəng gəlsə, müharibə dayanacaq" - Lukaşenko - VİDEO

Hazırda oxunan: "ABŞ-dan Zelenskiyə zəng gəlsə, müharibə dayanacaq" - Lukaşenko - VİDEO

65663

ABŞ rəhbərliyi Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng vurub desə ki, hərbi əməliyyatları dayandırsınlar, onlar dayanacaqlar.

Bizim.Media xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Yaponiyanın “TBS” telekanalına müsahibəsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Lukaşenkonun həyat yoldaşı da "qara siyahı"ya düşdü


“Bu gün müharibəyə son qoymaq üçün BMT, ABŞ və Qərbdən Ukrayna rəhbərliyinə bir siqnal lazımdır. Zelenskinin masasında kobud desək, iki telefon var. Biri ilə BŞ prezidenti Co Baydenə zəng edir, digəri ilə Böyük Britaniyanın baş naziri Consona. Ukraynadakı vəziyyət Kiyevdə olan Qərb və ABŞ nümayəndələri tərəfindən idarə olunur” – deyə Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, Zelenski bütün prosesə cavabdeh deyil və hətta hərbçilərə özünü necə aparmağı məsləhət görən məsləhətçilər də yoxdur:

“Orada Qərb və ABŞ nümayəndələri Rusiyaya qarşı duraraq hərbi əməliyyatı tamamilə nəzarətə götürüblər. Onlar Ukraynanı rəsmi şəkildə ən müasir silahları təmin etmələri ilə yanaşı, hərbi müqavimətə, hərbi prosesə də cavabdehdirlər”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO