Ukraynada daha bir yaşayış binası raketlə vuruldu, ölənlər var - FOTO/VİDEO

Hazırda oxunan: Ukraynada daha bir yaşayış binası raketlə vuruldu, ölənlər var - FOTO/VİDEO

64615

Kiyevin Obolonski dairəsində 9 mərtəbəli yaşayış binası rus ordusu tərəfindən raketlə vurulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb. 

Bildirilib ki, atılan raket nəticəsində 4 nəfər ölüb, 1-ci mərtəbədən 3-cü mərtəbəyə qədər pilləkən qismən, evin fasadı isə tamamilə yararsız hala düşüb, 3-cü və 4-cü mərtəbələrdəki mənzillərdə də yanğın baş verib. 

Hadisə yerinə 9 ədəd əsas və xüsusi yanğın-xilasetmə texnikası, o cümlədən 35 nəfər cəlb olunub. 

Doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın 500 kv.m sahədə lokallaşdırılıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri tərəfindən 4 nəfər xilas edilib, axtarışlar davam edir. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO