"Leççe" "Yuventus"a uduzdu - Müdafiəçisi qırmızı vərəqə aldı

"Leççe" "Yuventus"a uduzdu - Müdafiəçisi qırmızı vərəqə aldı

Hazırda oxunan: "Leççe" "Yuventus"a uduzdu - Müdafiəçisi qırmızı vərəqə aldı
644217
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026/2027 mövsümü İtaliya A Seriyasının VIII turu çərçivəsində "Leççe" və "Yuventus" komandaları arasında keçirilən oyun başa çatıb.

Bizim.Media  xəbər verir ki, qarşılaşma Leççe şəhərindəki "Ettore Cardiniero - Via del Mare" stadionunda baş tutub.

Neapoldan olan baş hakim Fabio Mareskanın idarə etdiyi görüşdə qonaqlar 0:2 hesabı ilə qələbə qazanıblar.
 

Matçın 29-cu dəqiqəsində "Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni hesabı açıb. 41-ci dəqiqədə isə yarımmüdafiəçi Duqlas Luis Turin təmsilçisinin üstünlüyünü iki topa çatdırıb.


Görüşün 90+4-cü dəqiqəsində "Leççe"nin müdafiəçisi Kialonda Qaspar ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

"Yuventus" 14 xalla A Seriyasının turnir cədvəlində yeddinci yerdə qərarlaşıb. Komanda liderlər "İnter" və "Latsio"dan səkkiz xal geri qalır. "Leççe" isə doqquz xalla 12-ci pillədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO