
- A-
- A
- A+
Yasamal rayonunun bu ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 26-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.
“Azərişıq” ASC-dən Bizim.Media-ya bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı, Əhməd Cavad, Xaqan Dadaşov, Xıdır Mustafayev, İsfəndiyar Zülalov, Məhəmməd Naxçıvani, Müzəffər Həsənov və Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































