Ukrayna Prezidenti Volodimir Zelenski ABC News kanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampın Ukraynada prezidentin dəyişdirilməsi ilə bağlı çağırışına cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Zelenski bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin 60 günlük atəşkəsə razılıq verəcəyi təqdirdə Ukraynada seki keçirilməsi təşkil olunacaq.
O bildirib ki, müharibə şəraitində seçkilərin keçirilməsi Ölkə Konstitusiyasının çərçivəsini aşır və ən əsası, vətəndaşların təhlükəsiz səs verməsi üçün lazımi şərait yoxdur.
Ukrayna lideri vurğulayıb ki, nə zaman və kimi seşəcəyinə yalnız Ukrayna xalqı qərar verir. O, eyni zamanda Putinin Ukraynada hakimiyyət dəyişikliyində çox maraqlı olduğunu qeyd edib.
Zelenski Trampa müraciət edərək bildirib: "Xahiş edirəm, Putinə deyin, bizə iki ay — 60 günlük fasilə versin. Tam atəşkəs tətbiq olunsun və biz 60 gün ərzində seçkiləri təşkil edək. Əlbəttə ki, xalqımızın hər bir seçiminə hazır olacağıq".
Bizim.Media






























































































