Borrell: Çin artıq Rusiya və Ukrayna arasında vasitəçi olmaq fürsətini itirib

Borrell: Çin artıq Rusiya və Ukrayna arasında vasitəçi olmaq fürsətini itirib

Hazırda oxunan: Borrell: Çin artıq Rusiya və Ukrayna arasında vasitəçi olmaq fürsətini itirib
635833
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin artıq Rusiya və Ukrayna arasında vasitəçi olmaq fürsətini itirib.

 

Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Müdəfiə və Təhlükəsizlik Sammiti çərçivəsində aparılan müzakirə zamanı deyib. Diplomat Çinin eyni zamanda Aİ-nin vacib tərəfdaşı olaraq qaldığını vurğulayıb.

 

Əlavə edib ki, Çin Rusiyaya qarşı öz nüfuzundan istifadə edərək müharibənin bitməsinə yardım edə bilər:

“Biz Rusiyanın Çinin əllərinə düşməməsi üçün çox diqqətli və diplomatik davranmalıyıq və Çindən müharibəni dayandırmaq üçün öz nüfuzundan istifadə etməsini istəməliyik. Prezident Sinin Prezident Zelenskiyə zəng etməsi çox yaxşıdır. Biz Çinə qarşı öz strategiyamızı müəyyənləşdirərkən, onun öz məsuliyyətinə uyğun davranmasını tələb etməliyik – bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür”.

 

Borrell vurğulayıb ki, Pekin müharibə ilə bağlı “neytrallıq elan etdiyi üçün və bunun daha çox Rusiyanın xeyrinə qərəz olması səbəbilə Ukrayna və Rusiya arasında vasitəçilik etmək fürsətini əldən verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO