İngiltərənin paytaxtı Londonun bir kəndində yaşayan insanların hamısı çılpaqdır.
ANS PRESS-in məlumatına görə, özlərini “naturalist”x9d və ya "təbiət mühafizəçisi" adlandıran bu insanlar gündəlik işlərini görərkən evdə və küçədə çılpaq gəzirlər. Onlar alış-verişə, banka belə çılpaq gedirlər.
Bu kənddə çılpaq gəzməyi qadağan edən qanun yoxdur. Yazda çılpaq gəzən insanların sayı 40 minə çatır. Onlar ancaq üşüyəndə əyinlərinə paltar geyinirlər.
Bundan başqa, dünyanın bir sıra başqa yerlərində də çılpaq insanların istirahət etdiyi yerlər var. Amma həmin yerlər istirahət mərkəzi, ya da çimrəlikdir. İnsanlar da sırf həmin ərazilərdə çılpaq gəzirlər. Amma bu kənd çılpaq insanların düşərgəsinə çevrilib. Burada istəyən çılpaq işləyə, istirahət edə, başqa yerə gedə bilər.






























































































