Şoyqudan müharibə ilə bağlı AÇIQLAMA: “Məqsədimizə çatanadək davam edəcək”

Hazırda oxunan: Şoyqudan müharibə ilə bağlı AÇIQLAMA: “Məqsədimizə çatanadək davam edəcək”

62565

Rusiyanı Qərbdən gələn hərbi təhlükədən qorumaq Ukraynadakı xüsusi əməliyyatın əsas vəzifəsidir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

“Bizim üçün əsas odur ki, Rusiya Federasiyasını ölkəmizə qarşı mübarizədə Ukrayna xalqından istifadə etməyə çalışan Qərb dövlətlərinin yaratdığı hərbi təhlükədən qoruyaq”, - Şoyqu selektor konfransında deyib.

Müdafiə Nazirliyinin başçısı diqqəti Rusiya hərbçilərinin Ukrayna ərazisini işğal etmədiyinə, mülki şəxslərin həyatını və təhlükəsizliyini qorumaq üçün bütün tədbirləri görməsinə yönəldib. 
“Vurğulamaq istərdim ki, zərbələr yalnız hərbi hədəflərə yüksək dəqiqlikli silahlarla həyata keçirilir”, - o, əlavə edib.

Müdafiə naziri bildirib ki, Rusiya ordusu qarşıya qoyulan məqsədlərə nail olunana qədər Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO