İngiltərənin Şərqi Susseks qraflığının Lyuis şəhərində ənənəvi atəşfəşanlıq paradı keçirilib. Əllərində məşəllər yürüş edən parad iştirakçıları məşhur siyasətçiləri məsxərəyə qoymağı da yaddan çıxarmayıblar.
Avropa.info xəbər verir ki, tank üstündə oturan, yaşıl alt paltarı geymiş Putin fiquru şəhərin küçələri ilə gəzdirilib. Maskarad Putinin Ukraynaya təcavüzünü simvolizə edib.
Hər il rəngli kostyumlarda yürüşlə keçirilən atəşfəşanlıq mərasimi 1605-ci ildə Britaniya parlament binasını partlatmaq istəyən Qay Foksun xatirəsinə həsr olunur.
































































































