Aİ Moldovaya təhlükəsizlik missiyası göndərmək imkanlarını araşdırır

Aİ Moldovaya təhlükəsizlik missiyası göndərmək imkanlarını araşdırır

Hazırda oxunan: Aİ Moldovaya təhlükəsizlik missiyası göndərmək imkanlarını araşdırır

601721

Aİ Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Moldovaya missiya göndərmək imkanını öyrənir.

Bunu bazar ertəsi Avropa İttifaqının xarici işlər xidmətinin rəhbəri Jozep Borrel Brüsseldə birlik ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Moldova ümumi təhlükəsizlik və müdafiə siyasətimizin bir hissəsi kimi bizim missiyamızı qəbul etmək istəyini açıq şəkildə ifadə edir. Biz Moldovaya belə bir missiyanın göndərilməsi imkanlarını araşdırırıq. Onlar bu ölkədə sabitliyin pozulmasından çox əziyyət çəkirlər və biz bu vəziyyətdə onlara kömək etməliyik”, - Borrel bildirib.

Diplomat qeyd edib ki, Moldova da Ukrayna kimi Avropa ailəsinə aiddir.

Mənbə: TASS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO