Ermənistanın hakim partiyasının deputatı Samvel Aleksanyan İraqa səfir göndərilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Avropa.info-nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, külli miqdarda var-dövləti olan oliqarx deputat məlumatı təkzib edib və bildirib ki, onun İraq kürdləri ilə çox isti münasibətləri var:
“Yayılan məlumatlar doğru deyil, mən İraqa səfir getmirəm. Bunu mənə təklif də etməyiblər. Amma onu qeyd edim ki, İraq kürdləri ilə çox yaxşı münasibətim var, tez-tez onların olduğu bölgələrə səfər edirəm”.





























































































