Putin Ukraynaya yeni döyüşçülər göndərdi

Putin Ukraynaya yeni döyüşçülər göndərdi

Hazırda oxunan: Putin Ukraynaya yeni döyüşçülər göndərdi

46933
Rusiya Ukraynanın cənub-şərq regionuna silah-sursatla dolu 50 yük maşını göndərir. 

Moderator.az-ın məlumatına görə, avtomobillərin hər birində silah-sursatla yanaşı hərbi geyimli şəxslər də var.

Rusiya mətbuatının yerli sakinlərə istinadən verdiyi məlumata görə, silah və döyüşçülərlə dolu maşın karvanı Ukraynanın Luqansk vilayəti istiqamətində irəliləyir.

"Avtomobillərdə hərbi geyimlilər var. Onların formalarının üzərində heç bir işarə yoxdur. Maşın karvanı Luqansk vilayətinin Rovenki şəhəri tərəfə gedir", - deyə bildirilir.

Xatırladaq ki, ötən gün Ukrayna sərhədində Rusiya tərəfdən gələn silah və hərbi geyimli şəxslərlə dolu maşın karvanı saxlanılmışdı. Ukrayna ordusu ilə separatçılar arasında silahlı toqquşma baş vermişdi. Ordu qüvvələri maşınlardan bir neçəsini ələ keçirə bilsə də digələri Ukrayna tərəfə keçməyə nail olmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO