Yüksək rütbəli 17 polis işdən çıxarıldı

Yüksək rütbəli 17 polis işdən çıxarıldı

Hazırda oxunan: Yüksək rütbəli 17 polis işdən çıxarıldı

46259
İstanbul polis idarəsində qanunsuz telefon dinləmələrinə qarşı keçirilən əməliyyatlar çərçivəsində 17 polis işdən çıxarılıb. 

Moderator.az-ın məlumatına görə, 3 aydır davam edən əməliyyatlardan sonra müfəttişlər bəzi sənəd və kasetlər ələ keçiriblər. Bu kasetləri dinləyən müfəttişlər çox sayda telefonun saxta sənəd, saxta ad və saxta dəlillərlə dinləndiyini aşkarlayıblar. 

Məsələ barədə hesabat hazırlayan müfəttişlər başda İstanbul polis idarəsi xəbəralma şöbəsinin rəisi Erol Demirhan da olmaqla 5 şöbə müdiri, 12 amir və komissarın işdən çıxarılmasını tələb edib. 

Hesabat İstanbul polis idarəsi və daxili işlər nazirliyi tərəfindən təsdiqləndikdən sonra 17 polis işdən çıxarılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO