Moskvada azərbaycanlıların bazarı bağlanıb

Moskvada azərbaycanlıların bazarı bağlanıb

Hazırda oxunan: Moskvada azərbaycanlıların bazarı bağlanıb

30122
Moskva vilayətində yerləşən və 50 min azərbaycanlının işlədiyi Mıtişinsk bazarının böyük bir hissəsi bağlanıb. Məlumatlara görə, bazarda yalnız tərəvəz və ət satılan bölmələr fəaliyyət göstərir. Ticarət mərkəzinin bağlanması ilə bağlı hələ bu ilin fevral ayında qərar verilmişdi. O zamanın bazarın bir hissəsi sökülsə də, digər hissəsində fəaliyyət dayanmamışdı. Moskva vilayət rəhbərliyi isə bazarda qeyri-leqal mühacirlərin işlədiyini bəhanə gətirərək oranın bağlanmasını məqsədəuyğun hesab edirdi. Bazarın bağlanması ilə bağlı son qərar orada çalışanların narahatçılığına səbəb olub. Çünki bazarın bağlanması orada çalışan 50 mindən artıq azərbaycanlının işsiz qalması deməkdir. Hələlik onların sonrakı taleyi qaranlıq olaraq qalır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO