Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər

Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər

Hazırda oxunan: Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər

241088

Mütəxəssislərin fikrincə, bu il “İspan qripi”nin yenidən bəşəriyyətin bəlasına çevrilmə ehtimalı var.xa0 1918-1919-cu illərdə bəşəriyyət tarixində ən kütləvi hal alan “İspan qripi”nə həmin dövrdə 550 milyon (planetin 29, 5 faizi) insan yoluxmuşdu.

xa0

Qripin qurbanlarının konkret sayı məlum olmasa da, bəzi mənbələrə görə, 50-100 milyon insan ispan qripindən dünyasını dəyişib.

xa0

"Qrip tamamilə yox olmayıb. Və bu həqiqətən təhlükəlidir" – deyə həkim Fari Əhməd bildirib.

xa0

Epidemiya başlayanda insanlar dərhal başa düşəcək ki, nə baş verir. Əlbəttə ki, tibb və ümumi yaşam tərzi XX əsrlə müqayisədə xeyli dəyişib, inkişaf edib. Ancaq virus hazırkı dövrdə də ciddi fəsadlara səbəb ola bilər.

xa0

Alimlər "İspan qripi"nin haradan gəldiyini müəyyən edə bilmirlər. Ancaq onun barəsində ilk dəfə İspaniya KİV-lərində yazıldığı üçün xəstəlik “İspan qripi” adlandırlıb. Pandemiya onlarla Avropa ölkələrində, Afrika, Asiya, hər iki Amerika və Avstraliyada yayılmışdı.

xa0

İndi isə ekspertlərin fikrincə yeni virusun ölümcül təhlükəli mutasiyaya uğramış halı özünü göstərə bilər.

xa0

"Qrip hələ də çətin nəzarət edilən və sürətlə yayılan qatil olaraq qalır" – deyə Qlobal Sağlamlıq Şurasının sədri doktor Conatan Kuik deyib.(Modern.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO