İlham Əliyev Corciya Melonini təbrik etdi – FOTO

İlham Əliyev Corciya Melonini təbrik etdi – FOTO

Hazırda oxunan: İlham Əliyev Corciya Melonini təbrik etdi – FOTO

634738

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corciya Melonini İtaliya Respublikası tarixində ən uzun müddət vəzifədə olan Baş nazir olması münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bununla "X" hesabında paylaşım edib.

“Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının etimadını əks etdirir”, – Prezident İlham Əliyev bildirib.
 

Dövlət başçısı Corciya Meloninin Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirdiyini vurğulayıb.


“Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək”, – paylaşımda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO