Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

Hazırda oxunan: Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

634774

Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
 

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Nahif Əlicanlı və Renad Orucovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.


Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınması, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə dövlətlərarası axtarışa verilib.

Hər iki şəxs Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına gətiriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO