Nyu-York məktəblərində süni intellekt qadağan edilir

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

Hazırda oxunan: Nyu-York məktəblərində süni intellekt qadağan edilir

634723

Nyu-Yorkda dövlət məktəblərinin səkkizinci sinfə qədər olan şagirdlərinə süni intellektdən (Sİ) istifadə etmək qadağan olunacaq.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, qadağanın bu gün elan edilməsi planlaşdırılır, gələn həftə isə qüvvəyə minəcək.

Bu dəyişiklik, hər il təxminən 900 min şagirdin təhsil aldığı ABŞ-nin ən böyük məktəb dairəsində texnologiyalardan istifadəyə dair həyata keçirilən köklü islahatların bir hissəsidir.

Siyasətdəki digər bir dəyişiklik isə siniflərdə üçüncü sinfə qədər, yəni 9-10 yaşlı şagirdlərə noutbuk və ya planşetlərdən istifadənin qadağan edilməsidir. Şəhərin dövlət məktəblərində texnologiyadan istifadə ilə bağlı apardığı bu siyasət ABŞ-nin digər ştatları tərəfindən də diqqətlə izlənilir.
 

Müəllimlər və valideynlər məktəblərdə süni intellektə əsaslanan tədris proqramlarının istifadəsi ilə bağlı xəbərdarlıq ediblər. Onlar bunun uşaqların psixi sağlamlığına və koqnitiv (idrak) inkişafına zərər verə biləcəyindən, xüsusən də məntiqi təfəkkür funksiyasının proqram təminatına ötürülməsindən narahatdırlar.


Süni intellektdən istifadəyə yalnız Amerika təhsil sistemində doqquzuncu sinifdən başlayan yuxarı siniflərdə icazə veriləcək. Hətta bu halda da istifadə texnologiyanın özünün öyrənilməsi kimi konkret məqsədlərlə məhdudlaşdırılacaq.

Həmçinin, süni intellekt bazasında fəaliyyət göstərən və psixoloji dəstək verən "çat-bot köməkçilər" də qadağan ediləcək. Qaydalar müəllimlərə dərslərin hazırlanması və ya ismarıcların yazılması kimi tapşırıqlar üçün süni intellektdən istifadəyə icazə verir, lakin tapşırıqların qiymətləndirilməsi üçün süni intellektə müraciət etməyi qadağan edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO