Məzardan 4 mindən çox qızıl tapıldı

Məzardan 4 mindən çox qızıl tapıldı

Hazırda oxunan: Məzardan 4 mindən çox qızıl tapıldı

634771

Qazaxıstanın Almatı vilayətində, Esik şəhəri yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı Saka dövrünə aid zəngin dəfn kompleksi aşkarlanıb.

Bizim.Media xəbər verir ki, 1969–1970-ci illərdə Esik kurqanında aparılan qazıntılar zamanı təxminən 17–18 yaşlarında olduğu bildirilən şəxsin geyimi və ayaqqabılarında tökmə və döymə üsulu ilə hazırlanmış 4 mindən çox qızıl lövhəcik aşkar edilib.
 

Məzardan, həmçinin qızıl bəzəklərlə işlənmiş baş geyimi, silahlar və üzərində 26 işarədən ibarət yazı olan gümüş qab tapılıb. Gümüş qabdakı yazı bu günədək tam və yekdil şəkildə oxunmayıb.


Tədqiqatçılar tapıntını Saka dövrünün yüksək sənətkarlıq səviyyəsini və dəfn ənənələrini əks etdirən mühüm arxeoloji nümunə hesab edirlər.

“Qızıl Adam” adı ilə tanınan bu qədim tapıntı hazırda Qazaxıstanın milli-tarixi simvollarından biri kimi təqdim olunur. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO