
- A-
- A
- A+
İdman
23:26 / 03.09.2026
Mahir Emreli yenə qol vurdu – VİDEO
Hazırda oxunan: Mahir Emreli yenə qol vurdu – VİDEO
634716
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub.
Bizim.Media xəbər verir ki, 29 yaşlı hücumçu Polşa çempionatının 6-cı turunda "Qurnik"lə (Zabje) matçda fərqlənib.
Start heyətində meydana çıxan Emreli 79-cu dəqiqədə rəqib qapısına yol taparaq hesabı 1:2 edib. Oyun elə bu hesabla "Qurnik"in xeyrinə başa çatıb.
Qeyd edək ki, Mahir bununla cari mövsüm "Rakuv"un heyətində bütün turnirlərdə 11-ci oyununda 6-cı qolunu vurub. Onun aktivində 1 məhsuldar ötürmə də var.
Əlavə edək ki, bu mövsüm Polşa çempionatında keçirdiyi 5 oyunun hamısında uduzan "Rakuv" 0 xalla sonuncu - 18-ci yeri tutur. (milli.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































