Yük maşınına normadan 34 ton artıq yük vurdular -Təhlükəli mənzərə - VİDEO

Yük maşınına normadan 34 ton artıq yük vurdular -Təhlükəli mənzərə - VİDEO

Hazırda oxunan: Yük maşınına normadan 34 ton artıq yük vurdular -Təhlükəli mənzərə - VİDEO

634793

Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, BDYPİ əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı 99-GU-473 dövlət qeydiyyat nişanlı "Shacman" markalı yük avtomobilinin çəki parametrləri elektron tərəzi vasitəsilə yoxlanılıb.

Yoxlama nəticəsində icazə verilən maksimum kütləsi 32 ton olan nəqliyyat vasitəsinin faktiki kütləsinin 66 ton təşkil etdiyi müəyyən edilib.

Bu da nəqliyyat vasitəsi üçün müəyyən edilmiş maksimum kütlə həddinin iki dəfədən artıq aşılması deməkdir. Belə hal nəqliyyat vasitəsinin təhlükəsiz istismarına ciddi təsir göstərməklə yanaşı, yol-nəqliyyat hadisəsinin başvermə ehtimalını artırır və yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.
 

Ümumilikdə, nəqliyyat vasitələrinin normadan artıq yüklənməsi tormoz məsafəsinin uzanmasına, manevr və dayanıqlıq imkanlarının azalmasına, təkərlərə, tormoz və asqı sistemlərinə düşən gərginliyin artmasına gətirib çıxarır. Bu isə idarəetmənin itirilməsi, texniki nasazlıqların yaranması və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.


Eyni zamanda, normadan artıq yüklənmiş ağırtonnajlı nəqliyyat vasitələrinin istismarı yol örtüyünün, körpülərin və digər yol qurğularının zədələnməsinə, onların istismar müddətinin azalmasına səbəb olur.

BDYPİ yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, eləcə də sürücüləri müəyyən edilmiş çəki normalarına ciddi əməl etməyə və normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin istismarına yol verməməyə çağırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO