Qonşumuz 633 hektarlıq nəhəng şəhər salır - 6 mindən çox ev, iki yeni körpü

Qonşumuz 633 hektarlıq nəhəng şəhər salır - 6 mindən çox ev, iki yeni körpü

Hazırda oxunan: Qonşumuz 633 hektarlıq nəhəng şəhər salır - 6 mindən çox ev, iki yeni körpü

634729

Tiflisdə böyük müzakirələrə səbəb olan “Tbilisi Waterfront” layihəsinin 633 hektarlıq ərazinin tikinti planı hakimiyyət orqanlarına təqdim edilib.

Bizim.Media xəbər verir ki, ərəb tikinti şirkəti “Eagle Hills” layihənin ətraflı planını Ekoloji Nəzarət Departamentinə təqdim edib.

Plana əsasən, tikinti işləri üç mərhələdə həyata keçiriləcək və 2040-cı ilədək davam edəcək.

Layihə çərçivəsində ümumilikdə 6158 yaşayış vahidinin tikilməsi nəzərdə tutulur. Bunlardan 1425-i villa, 1300-ü taunhaus, 3433-ü isə mənzil olacaq.

Yeni yaşayış ərazisində təxminən 21 500–22 100 nəfərin məskunlaşacağı gözlənilir.

Layihədə yaşayış binaları ilə yanaşı, hotellər, kommersiya obyektləri, məktəb, uşaq bağçası və digər sosial infrastrukturun yaradılması da nəzərdə tutulub.

Ərazinin 345 hektarı yaşıllıq və istirahət zonalarına ayrılacaq. Bundan başqa, Kür çayı üzərində iki yeni körpünün tikilməsi planlaşdırılır. (Musavat.com)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO