Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Hazırda oxunan: Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

634776

Zığ–Hövsan yolunda işıqlandırma problemi yenidən aktuallaşıb. 18 kilometrlik yol boyunca işıq dirəkləri quraşdırılsa da, gecə saatlarında onların işləməməsi sürücülərin ciddi narazılığına səbəb olur.

Bizim.Media əməkdaşının ərazidə apardığı çəkilişdən də görünür ki, işıq dirəklərinin yol boyunca söndürülməsi hərəkəti çətinləşdirir, görünüş məsafəsini azaldır və qəza riskini artırır.

Sürücülər bildirirlər ki, yol boyunca işıq dirəklərinin quraşdırılması problemin həll olunduğu təəssüratını yaratsa da, onların gecə saatlarında söndürülməsi əks mənzərə ortaya qoyur.

Hətta belə bir sual yaranır: işıqlar bilərəkdən, bəlkə də elektrik enerjisinə qənaət məqsədilə söndürülürmü? 

Əgər belədirsə, təhlükəsizliyin hesabına qənaət edilməsinin nə dərəcədə doğru olduğu da ciddi sual doğurur.
 

Deyək ki, işıqlandırma sistemində texniki problem var, bəs o zaman problem aidiyyəti qurumlar tərəfindən niyə vaxtında aradan qaldırılmır? İşıqlandırma sistemi nə zaman tam və fasiləsiz şəkildə işə salınacaq?


Qeyd edək ki, məsələ bir müddət əvvəl də mediada geniş şəkildə ictimailəşdirilmişdi. Ondan sonra yol boyunca işıqlandırma təmin olunmuşdu.

Xatırlatmaq yerinə düşər ki, Zığ–Hövsan yolunun təmirinə 2015-ci il oktyabrın 20-də başlanılıb. Layihənin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulsa da, maliyyə vəsaitinin mərhələli şəkildə ayrılması səbəbindən təmir işləri uzanıb. Magistral yol yalnız 2023-cü ilin əvvəlindən istifadəyə verilib.

Lakin yol istifadəyə verildikdən sonra da gecə saatlarında işıqlandırma problemi tam həllini tapmamışdı. Həmin vaxt sürücülərin gündəmə gətirdiyi problem bu gün də öz aktuallığını qoruyur.


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO