Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Hazırda oxunan: Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

634718

Belarusun Dövlət Standartlaşdırma Komitəsi səkkizillik Ermənistanın “Yerevan 2800” konyakının ölkəyə idxalını, satışını və dövriyyəsini qadağan edib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, qurumun reyestrində yer alan məlumata görə, yoxlama zamanı içkinin tərkibindəki aşılayıcı maddələrin miqdarının müəyyən edilmiş normadan xeyli aşağı olduğu aşkarlanıb.

Bundan başqa, məhsulun uyğunluğunun qiymətləndirilməsinə dair sənədlərin qüvvədən düşdüyü bildirilib.

Ermənistanın Armavir bölgəsində fəaliyyət göstərən “MAP” QSC-nin istehsalı olan konyak təhlükəli məhsul kimi qiymətləndirilib və onun Gömrük İttifaqının texniki reqlamentlərinin tələblərinə cavab vermədiyi qeyd olunub.

Bundan əvvəl Rusiyada da bir sıra Ermənistan istehsalı şərab və konyakların məcburi tələblərə uyğun olmadığı əsas gətirilərək satışına məhdudiyyətlər tətbiq edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO