İrandakı teraktı daha bir təşkilat üzərinə götürdü -  Video/23+

İrandakı teraktı daha bir təşkilat üzərinə götürdü - Video/23+

Hazırda oxunan: İrandakı teraktı daha bir təşkilat üzərinə götürdü - Video/23+

241054
İranın cənubunda keçirilən hərbi paradda terakt baş verib.

Bu barədə Press TV nəlumat yayıb.

İnsident nəticəsində bir neçə nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, bundan öncə İran Hörmüz boğazında hərbi təlimə başlamışdı.

***

İran mətbuatı hücumun ərəblərin üstünlük təşkil etdiyi Əhvaz şəhərində baş verdiyini bildirib.

İnsidentin bir neçə nəfər tərəfindən törədildiyi ortaya çıxıb. Bu şəxslər paradda iştirak edən hərbçilərə atəş açaraq qaçıb.

Hazırda hüquq mühafizə orqanları tərəfindən axtarışlar aparılır.

***

Hazırda ölkə paytaxtında hərbi paradda iştirak edən prezidenti Həsən Ruhani teraktdan sonra ərazidən uzaqlaşdırılıb.

İnsident nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılardan birinin Xuzestan əyalətinin SEPAH komandiri olduğu bildirilib.

Həmçinin yaralılar arasında uşaq və qadının olduğu da qeyd olunub.

***

İnsident zamanı ölənlərin sayı 10-a, yaralananların sayı isə 21-ə çatıb. Ölənlərdən ikisinin terrorçu olduğu bildirilir.

***

İranda hərbi parada hücum zamanı ölənlərdən 8 nəfəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun əsgəridir.

Yaralıların isə ən azı 7 nəfəri SEPAH-çıdır.

***

Əhvaz Mərkəzi Xəstəxanasından yaralananların sayının 60-a yüksəldiyi bildirilib.

***

Əhvazda baş verən terakta görə məsuliyyəti Əhvazın Ərəb Vətənpərvər Demokratik Hərəkatı üzərinə götürüb.

İran bu təşkilatı Səudiyyə Ərəbistanı ilə əlaqələrdə ittiham edir.

***

İran mətbuatının yaydığı məlumata görə, insidentlə əlaqədar Əhvazın İraqla sərhədi bağlanılıb.

***

İRNA agentliyinin məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 24-ə, yaralananların sayı isə 53-ə yüksəlib.

***

İŞİD terror təşkilatı İranın Əhvaz şəhərində baş verən hücumun məsuliyyətini öz üzərinə götürüb.

Bu barədə İŞİD-ə yaxınlığı ilə tanınan “Amak“ nəşri məlumat yayıb.

Xəbərdə əvvəlcə İran Prezidenti Həsən Ruhaninin də hadisə yerində olduğu qeyd edilsə də, sonradan bu yanlışlıq düzəldilib.

İŞİD hücumu təşkil etdiyini iddia etsə də, teraktla bağlı hər hansı bir görüntü paylaşmayıb.(axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO