Rus gözəlçə yataqda ABŞ rəhbərliyini necə ovsunladı?  - FOTO

Rus gözəlçə yataqda ABŞ rəhbərliyini necə ovsunladı? - FOTO

Hazırda oxunan: Rus gözəlçə yataqda ABŞ rəhbərliyini necə ovsunladı? - FOTO

233827
"Vaşinqtonda bu aktiv gənc rus haqqında tez-tez danışırdılar: qırmızı saçlar, dərin dekolte və cəzbedici baxış. 29 yaşlı Mariya Butina nüfuzlu qonaqlarla mazaqlaşmadan keçinmirdi".

Moderator.az publika.az-a istinadən xəbər verir ki, bu haqda bir neçə gün bundan əvvəl Rusiya vətəndaşı Mariya Butinanın ABŞ-da casusluqda ittiham olunaraq saxlanılmasını şərh edən Almaniyanın "Bild" nəşri yazıb.

"Bild" yazır ki, rusiyalı gənc qadın Milli Atıcılıq Assosiasiyasından olan (N.R.A) silah lobbiçiləri, prezident Donald Trampın ətrafı və Konqresin üzvləri ilə əlaqələri qaydaya salmışdı.

"O, əllərində silah həvəslə şəkillər çəkdirir və yorğan-döşək vasitəsilə ultrakonservativ dairələrə giriş əldə etmək üçün nüfuzlu kişilərlə yatırdı", - nəşrin müəllifi Herbert Bauernebel qeyd edib.

"İndi pişik torbadan çıxdı: Butina Moskvanın tapşırığı üzrə casus kimi hərəkət edirdi. "Agent 00Sex" praktik olaraq Anna Çapman (2010-cu ildə casusluqda ittiham olunaraq ABŞ-da saxlanılmış, daha sonra casus mübadiləsi çərçivəsində Rusiyaya qaytarılmışdı - red.) kimi fəaliyyət göstərirdi", - müəllif əlavə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO