Lotu Quli Bakıda peyda oldu...

Lotu Quli Bakıda peyda oldu...

Hazırda oxunan: Lotu Quli Bakıda peyda oldu...

227897

Məşhur kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) Bakıya gəlib.

Moderator.az xəbər verir ki, bu barədə virtualaz.org-a Bakı hava limanındakı mənbələr məlumat verib.

Lotu Qulinin Bakıya gəlişinin səbəbləri məlum deyil. Daha öncə o, Türkiyədə, BƏƏ-də və Albaniya ərazisində yaşayıb.

Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən artıq vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Həbs olarkən, N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.

Ötən ilin oktyabr ayının 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin Lotu Qulinin cəzasının şərti olaraq dəyişdirilməsi ilə azadlığa buraxılması barədə vəsatətini təmin edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO