"Narıncı qar" şərqi avropalıları çaşqın vəziyyətə salıb - FOTOLAR

Hazırda oxunan: "Narıncı qar" şərqi avropalıları çaşqın vəziyyətə salıb - FOTOLAR

218611
Rusiyanın şimali Qafqaz regionu və şərqi Avropanın bir çox ölkəsində yerin narıncı qara bürünməsi insanları çaşdırıb.

Narıncı qarın şəkilləri sosial şəbəkələrdə Rusiya, Bolqarıstan, Ukrayna, Rumıniya və Moldovadan paylaşılıb.

Meteoroloqlar bildirir ki, narıncı qar Böyük Səhradan gələn qum fırtınasının yağış və qarla qarışmasından yaranır.

Bu cür hadisələr təxminən hər beş ildən bir baş verir, lakin bu dəfə qarla qarışan qumun miqdarı əvvəl müşahidə olunan normalardan daha yüksək olub.

Hətta bəziləri qumun ağızlarına düşməsindən şikayətlənib.

Rusiyanın Soçi şəhərinə yaxınlıqdakı kurortlarda qalan xizəkçilər öz şəkillərini paylaşıblar.(BBC)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO