Tramp Melanya ilə dalaşdı: 
 ABŞ prezidenti sabah Davosa tək gedəcək

Tramp Melanya ilə dalaşdı: ABŞ prezidenti sabah Davosa tək gedəcək

Hazırda oxunan: Tramp Melanya ilə dalaşdı: ABŞ prezidenti sabah Davosa tək gedəcək

209634
Moderator.az Qazeta.ru nəşrinə istinadən xəbər verir ki, hələ bir həftə əvvəl Melanya Tramp Davosda Beynəlxalq iqtisadi forumda iştirak etmək üçün prezidentlə səfərə hazırlaşdığını sosial şəbəkədə bildirmişdi. Forum 23 yanvarda fəaliyyətə başlasa da, Donald Tramp forumun işinə sabah-25-də qatılacaq. Və gözlənilmədən bir həftəlik səfərə ABŞ-ın birinci ledisinin İsveçrəyə getməyəcəyinixa0 Ağ evin rəsmisi elan edib.xa0
xa0Twitterdə müntəzəm olaraq xəbərlərini paylaşan Melanya bu dəfə susmağa üstünlük verib. Amma, mətbuat susmur və bu məsələni müxtəlif səbəblərlə izah edirlər.xa0
xa0Mətbuatın gəldiyi ilk qənaət yenə Trampın zamanındaxa0 sevimli məşğuliyyəti-arvadbazlığı olub. Bu yaxınlarda məlum olub ki, Melanya ilə nikahda olmasına baxmayaraq Donald Tramp pornoaktrisa Stefani Kliffordla yaxın əlaqədəxa0 olub.xa0 Aktrisa ilə intim görüşləri 2006-cı ildə -cütlüyün oğlu Berronun dünyaya gəldiyindən bir neçə ay sonra baş verib.xa0


Mətbuat 12 yanvarda aktrisadan götürülmüş müsahibəni dərc edib və məlum olub ki, 2006-cı ildə milyarder Trampla qolf tunirində Taxo gölündə tanış olub və müsahibədə intim görüşün bütün təfərrüatlarını açıqlayıb. Aktrisa bu münasibətlərin 2010-cu ilə qədər davam etdiyini bildirib.
Mətbuat ABŞprezidentinin seksual həyatının təfərrüatlarının müzakirəsini davam etdirdiyi vaxtxa0 xanım Melanya sakitliyini qorusa da Ağ evin heç bir rəsmi tədbirlərinə, hətta qonaqların şərəfinə verilən şam yeməklərinə belə qatılmayıb.
20 yanvar prezidentin inauqurasiyasının bir ili tamam olanda Melanya bir il əvvəlki mərasimdən şəkil paylaşıb, amma prezidentlə deyil, onu müşayət edən, qoluna girdiyi hərbiçi ilə fotosunu.
22 yanvarda isə Melanya ilə Donaldın toy gününün 13 illiyi ilə əlaqədar cütlük heç nə paylaşmayıb, günü qeyd etməyiblər. Ağ evin ənənəsinə görə prezident və arvadı bir-birlərini həmin gün təbrik etməli, həlim mesajlar verməli idilər.xa0
Qısası, ər-arvad arasındakı dava o həddə çatıb ki, İsveçrədəki vacib səfərə prezident birinci ledisiz getməli olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO