Abituriyentlərin DİQQƏTİNƏ – Ən gərgin rəqabətin olacağı qruplar AÇIQLANDI

Abituriyentlərin DİQQƏTİNƏ – Ən gərgin rəqabətin olacağı qruplar AÇIQLANDI

Hazırda oxunan: Abituriyentlərin DİQQƏTİNƏ – Ən gərgin rəqabətin olacağı qruplar AÇIQLANDI

622225

Artıq blok imtahanlarının I cəhdi yekunlaşdı, bütün abituriyentlər imtahan nəticələri ilə tanış oldular. Yaxın günlərdə isə blok imtahanlarının II cəhdi keçiriləcək. Həmin imtahanlar yekunlaşdıqdan bir müddət sonra isə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin müsabiqəsi başlayacaq. Əlbəttə, bunun üçün abituriyentləri ən çox maraqlandıran məqam balların, plan yerlərinin artıb-azalmasıdır.

Bəs bu il tələbə adını qazanmaq istəyənləri nə gözləyir? Hansı ixtisas qrupunda vəziyyət gərgin olacaq?

Bizim.Media mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyevin fikirlərini öyrənib. Ekspert hər qrup üzrə ilkin proqnozlarını bizimlə bölüşüb.

"Müsabiqə şərtlərini ödəməyən, yəni blok imtahanında 100 balı keçə bilməyən abituriyentlər yalnız müəyyən ixtisaslara müraciət edə biləcəklər. Hazırda isə xüsusilə I qrupda 100 balı keçə bilməyən abituriyentlərinin sayının daha çox olması bu ixtisas qrupunda mübarizənin yüksək olacağını göstərir. Həmçinin bu qrupda kompüterlə bağlı ixtisaslarda ballar arta bilər".

Mütəxəssisin sözlərinə görə, ən gərgin rəqabət III qrup üzrə olacaq.

"III ixtisas qrupunda vəziyyətin gərgin olacağı gözlənilir. Xüsusilə, 150 ballıq ixtisaslarda, DT altqrupu üzrə "Muzey, arxiv işi və abidələrin qorunması", "sosial iş" ixtisaslarına qəbul uğrunda mübarizə gərgin olacaq.

IV qrupda isə tibb ixtisasları istiqamətində abituriyentlər üçün müəyyən qədər çətinlik müşahidə olunacaq.

V ixtisas qrupunda isə qabiliyyət tələb edən "dizayn" ixtisasında balların artımı gözlənilir. Həmçinin, idman sahəsi üzrə qəbulda güclü rəqabət olacaq".

Ramin Nurəliyev sonda bildirib ki, II ixtisas qrupunda  balların yüksəlməsi  gözlənilmir.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO