Stoltenberq: “Ukraynaya yardımın gecikməsi hər gün öz nəticələrini göstərir”

Hazırda oxunan: Stoltenberq: “Ukraynaya yardımın gecikməsi hər gün öz nəticələrini göstərir”

187688

NATO-nun Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Stoltenberq rəsmi “X” hesabında məlumat verib.

O bildirib ki, telefon danışığı zamanı Ukraynanın təcili ehtiyacları və NATO-nun bu ölkəyə dəstəyi müzakirə olunub:

“Yardımın gecikməsi hər gün öz nəticələrini göstərir. Beləliklə, mənim müttəfiqlərə mesajım aydındır: Ukraynaya daha çox yardım göndərin. Biz həmçinin bu cümə günü NATO-Ukrayna Şurasını çağırmağa razılaşdıq”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO