PSJ klubunun rəsmi nümayəndələri “Barselona”x9dnın ofisinə gələrək Neymarın transferi üçün 222 milyon avronu ödəyiblər.
“Qafqazinfo”x9d xəbər verir ki, bu barədə “Barselona”x9d klubundan rəsmi açıqlama verilib.
Məlumata görə, 222 milyon avro nağd şəklində çamadanlarla daşınıb.
Klubdan bildirilib ki, müqavilənin detalları araşdırılıqdan sonra ödəniş barədə sənədlər UEFA-ya göndəriləcək. Neymarla rəsmi müqavilənin bir neçə gün ərzində imzalanacağı gözlənilir.
Qeyd edək ki, Neymar 2013-cü ildə “Santos”x9ddan 88 milyon avroya transfer edilmişdi. Neymarın PSJ-yə keçidi tam rəsmiləşdikdən sonra futbol tarixinin ən bahalı futbolçusu ünvanına sahib olacaq.







































































































