
- A-
- A
- A+
Dünya
22:26 / 05.04.2024
1 dəq oxunma
SON DƏQİQƏ: Ural çayı üzərindəki bənd uçub, Orsk şəhərini su basır - VİDEO
Hazırda oxunan: SON DƏQİQƏ: Ural çayı üzərindəki bənd uçub, Orsk şəhərini su basır - VİDEO
185872
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Orenburq vilayətinin Orsk şəhərində Ural çayı üzərindəki bənd uçub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hadisə Moskva vaxtı ilə saat 22:18-də (Bakı vaxtı ilə 21:18) qeydə alınıb.
Bəndin uçması nəticəsində ərazini su basıb. Hazırda yaxınlıqdakı ərazilərin sakinləri təxliyə edilir.Səlahiyyətlilər yük maşınları və forkliftlərdən istifadə edərək su basmış əraziləri doldurmağa çalışsalar da, bu heç bir nəticə verməyib.
Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin olduğu iki İl-76 təyyarəsi Moskvadan Orska uçub. Bəndin uçması səbəbindən 4 minə yaxın fərdi yaşayış məntəqələri daşqın altında qala bilər.
Orsk administrasiyası ərazidə fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün































































































