Maldiv adaları Türkiyədən ilk Bayraktar PUA-ları ALDI

Hazırda oxunan: Maldiv adaları Türkiyədən ilk Bayraktar PUA-ları ALDI

182774

Maldiv adaları Türkiyədən ilk Bayraktar TB2 pilotsuz təyyarələrini alıb.

Bizim.Media xəbər verir ki, artıq PUA-lar ölkəyə gətirilib və Maldiv adalarının şimalındakı Maafaru beynəlxalq hava limanında yerləşdirilib. 

Türkiyə istehsalı silahların tədarükü üçün imzalanan müqavilə 37 milyon dollar dəyərində qiymətləndirilir, hər bir dronun qiyməti təlim və texniki xidmət daxil olmaqla təxminən 5 milyon dollardır.
Qeyd edilib ki, razılaşma Maldiviyanın yeni seçilmiş prezidenti Mohamed Muizzou milli müdafiə siyasətində dəyişikliklər etdikdən sonra bağlanıb. Belə ki, Muizzunun rəhbərliyi altında Maldiv adaları hərbiləşdiriləcək.

Bu, Maldiv adaları ilə Hindistan arasında artan gərginlik fonunda baş verir. Prezident Muizzu bütün Hindistan qoşunlarının arxipelaqdan çıxarılmasını tələb edib ki, bu da Yeni Dehlinin narazılığına səbəb olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO