ABŞ dövlət katibi Entoni Blinken rusiyalı siyasətçi Aleksey Navalnının ölümünə görə Rusiya Prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını bildirib.
Bizim.Media xəbər verir ki, bunu Blinken Münxendə jurnalistlərə açıqlamasında bildirib.
“Rusiya antikorrupsiya aktivistini təqib edib, həbs edib və zəhərləyib.Buna görə də Rusiya məsuliyyət daşıyır”, - deyə Blinken qeyd edib.
Qeyd edək ki, Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb. Onun qan laxtalanmasından (tromb) vəfat etdiyi bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:58 / 16.02.2024
ABŞ Navalnının ölümündə Putini GÜNAHKAR GÖRÜR
Hazırda oxunan: ABŞ Navalnının ölümündə Putini GÜNAHKAR GÖRÜR
Hazırda oxunan: ABŞ Navalnının ölümündə Putini GÜNAHKAR GÖRÜR
178518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.