Ukrayna ordusu Rusiyanın “İsgəndər-K” raketini MƏHV ETDİ

Hazırda oxunan: Ukrayna ordusu Rusiyanın “İsgəndər-K” raketini MƏHV ETDİ

158101

Ukrayna ordusu son sutkada Rusiyanın bir “İsgəndər-K” raketini və İran istehsalı olan 29 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bizim.Media xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Mənbə yazır ki, oktyabrın 2-dən 3-ə keçən gecə Rusiya 31 “Shahed”lə Ukrayna ərazisinə hücum edib. Onlardan 29-u sıradan çıxarılıb.

Bundan başqa, raket qəlpələrinin Dnepr şəhərində xüsusi müəssisəyə düşməsi nəticəsində yanğın olub. Pavloqradda isə bir sıra istehsal müəssisələrinin binaları dağılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO