Rusiyada İran dronlarının havaya qaldırıldığı hərbi aerodroma zərbə endirildi - VİDEO

Hazırda oxunan: Rusiyada İran dronlarının havaya qaldırıldığı hərbi aerodroma zərbə endirildi - VİDEO

144182

Bu gün Rusiyanın Krasnodar vilayətinin Primorsk-Axtarsk şəhəri yaxınlığındakı hərbi aerodrom ərazisində güclü partlayış baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev yayıb.

Onun sözlərinə görə, partlayış nəticəsində şəhər infrastrukturuna zərər dəyməyib, sakinlərdən xəsarət alan yoxdur.

Rusiya mənbələri naməlum qüvvələrin hərbi aerodrom ərazisindəki yanacaq-sürtgü materialları anbarını vurmağa cəhd etdiyi ehtimalını irəli sürürlər. Lakin Ukrayna mənbələri İrandan alınan “Şahed” dronlarının havaya qaldırıldığı hərbi aerodromun vurulduğunu bəyan edirlər.
Rusiya mənbələri aerodroma raket zərbəsinin endirilməsinə cəhd edildiyini, lakin hava hücumundan müdafiə qüvvələrinin onu zərərsizləşdirdiklərini bildirirlər.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO