Kreml Qazaxıstanı bölməyə hazırlaşır  ”“ Plan

Kreml Qazaxıstanı bölməyə hazırlaşır ”“ Plan

Hazırda oxunan: Kreml Qazaxıstanı bölməyə hazırlaşır ”“ Plan

128982
Rusiya Qazaxıstanda Krıma bənzər destabilizasiya ssenarilərini reallaşdırmağa hazırlaşır.
 
Bunu Ukrayna mətbuatına açıqlamasında ekspert Vitali Sokolenko söyləyib. Onun sözlərinə görə, son il yarım ərzində Qazaxıstanda rusiyayönlü qüvvələrin aktivliyi bu ölkənin hakimiyyəti üçün təhlükəni artırır:
 
“Bu ssenarilərin reallaşması Rusiyadakı daxili siyasi situasiya pisləşəcəyi, ya da Qazaxıstanda qəflətən rejim dəyişikliyi zamanı həyata keçirilə bilər. Buna həmçinin Donbas döyüşlərindən qayıtmış şəxslərin siyasi aktivliyinin artması da şərait yaradır. Xüsusən, bu şəxslər Rusiya ilə sərhəddə yerləşən etnik ruslardır. Üstəlik, Qazaxıstan ordusunda bu gün də kifayət qədər rusiyayönlü elementlər mövcuddur. Bu, təxminən ümumi ordunun 15%-ni təşkil edir. Həmin dəstəkçilər sırasında Qazaxıstan ordusunun zabitləri də var. Kremlin aktiv fəaliyyətinin başlaması nəticəsində bir sıra bölgələr dərhal öz ərazilərində (xüsusilə Şərqi Qazaxıstan) Rusiya bayrağını qaldıra bilərlər. Son 10 il ərzində yaradılan müxtəlif kazak ittifaqları artıq yarıhərbi təşkilatlara çevriliblər. Onlar isə tam rusiyayönlü siyasət yürüdürlər. Bu, Qazaxıstanın müstəqilliyini və suverenliyini şübhə altına qoyur. Hazırda Kreml Qazaxıstan hökumətini bu tip təşkilatların ləğv edilməməsi  üçün təhdid edir. Bu isə həmin rusiyayönlü təşkilatların ölkədə mövqelərini gücləndirməsinə imkan yaradır”x9d. (Axar.az )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO