Türkiyədə generalların səs-küylü həbsi:  Yüklər kimə daşınıb? - FOTOLAR

Türkiyədə generalların səs-küylü həbsi: Yüklər kimə daşınıb? - FOTOLAR

Hazırda oxunan: Türkiyədə generalların səs-küylü həbsi: Yüklər kimə daşınıb? - FOTOLAR

109185
2014-cü ildə Suriyaya silah daşıyan yük maşınlarının yoxlanmasında iştirak etdiklərinə görə Türkiyədə iki general və istefada olan bir polkovnik casusluq və terrorizm ittihamları ilə həbs ediliblər.

Ankara jandarm idarəsinin regional komandiri, general-mayor İbrahim Aydın, Adana jandarm idarəsinin keçmiş regional komandiri, briqada generalı Hamza Celepoğlu və jandarm idarəsinin kriminal laboratoriyasının keçmiş rəhbəri, polkovnik Burhanettin Cihangiroğlu keçən şənbə saxlanaraq İstanbul məhkəməsinə veriliblər.

İstanbulun İkinci Barış Məhkəməsi bazar ertəsi hər üç şəxs haqda həbs qərarı çıxarıb.

Aydın və Cihangiroğluna qarşı “gizli məlumatın siyasi və hərbi casusluq məqsədilə əldə edilməsi, dövlət təhlükəsizliyinə aidiyyatı olan gizli məlumatın casusluq məqsədilə açıqlanması, Türkiyə Cümhuriyyəti hökumətini dağıtmağa, yaxud fəaliyyətini əngəlləməyə cəhd, habelə terrorçu təşkilatın yaradılması və idarə edilməsi”x9d ittihamları irəli sürülüb.

Celepoğluna qarşı isə yalnıız son iki ittiham irəli sürülüb.

Bu şəxslər Suriyaya gedən yük maşınlarının yoxlanmasına görə həbs ediliblər. Sözügedən yük maşınlarının silah daşıdğı bildirilir. Axtarış zamanı həmin maşınların Milli Kəşfiyyat Təşkilatına (MİT) məxsus olduğu aşkar edilib.

İlk belə yoxlamanın 2014-cü il, yanvarın 1-də Hatayda həyata keçirildiyi və daha sonra eyni ayda daha üç yük maşınının yoxlandığı bildirilir.

Həmin vaxt baş nazir olan Rəcəb Tayyib Ərdoğan axtarış barədə məlumat ictimailəşəndən sonra bir TV proqramında bildirmişdi ki, həmin maşınlar Suriya türkmənləri üçün yardım daşıyırdı. O, xüsusən də yük maşınlarında aparılan axtarışın videoya çəkilməsini tələb edən prokurora qəzəblənmiş və bu axtarışı “xəyanət”x9d adlandırmışdı.

O zaman xarici işlər naziri olan Əhməd Davudoğlu da maşınlardakı yükün özlərini müdafiə etməli olan Suriya türkmənlərinə göndərilən humanitar yardım olduğunu demişdi.

Lakin Suriya Türkmən Birliyinin sədr müavini Hüseyn əl-Abdullah 2014-cü ilin yanvarında Türkiyədən onlara heç bir yük maşını gəlmədiyini demişdi.

Can Dündar

Gündəlik “Cümhuriyyət”x9d qəzetinin iki jurnalisti - baş redaktor Can Dündar və Ankara nümayəndəsi Erdem Gül keçən həftə yük maşınlarının hökumətin dediyi kimi, humanitar yardım deyil, məhz silah daşıdığını göstərən görüntülər dərc etdiklərinə görə həbs ediliblər.

Ərdoğanın özü ictimaiyyət qarşısında bu xəbərin Dündara “baha başa gələcəyini”x9d bəyan edib. O, bununla da kifayətlənməyib, C.Dündarı şəxsən məhkəməyə verib və ona ömürlük həbs cəzası və əlavə 42 il iş verilməsini istəyib.

Onlara qarşı casusluqdan tutmuş hökuməti devirmək və gizli məlumatın açıqlanmasına qədər bir çox ittiham irəli sürülüb.

Adıçəkilən generallar bu iş üzrə həbs edilən yeganə hüquq-mühafizə işçiləri deyil. Artıq beş prokurora ömürlük həbs cəzası verilməsi barədə ittiham aktı təsdiq edilib. Onların işinə Ali Apelyasiya Məhkəməsi baxır, çünki o, Türkiyədə hakimləri və prokurorları dindirə bilən yeganə dövlət qurumudur.


Generalların həbsində İran izi

“Al-Jazeera Turk”x9d saytı isə xəbər verib ki, adıçəkilən iki general İranın dəstəklədiyi xəfiyyə şəbəkəsi olan “Tavhid Salam”x9dın işi üzrə dindirilən, şərti adı “Alparslan”x9d olan bir anonim şahidin ifadəsi əsasında həbs edilib.

Alparslan “Tavhid Salam”x9dla bağlı ifadəsində deyib ki, yük maşınlarının yoxlanmasından əvvəl generallar iclas keçirərək bu işi planlaşdırıblar və “Suriyanın daxilindəki terrorçu qruplaşmalara sulah ötürülməsinə göz yuma bilməyəcəklərini”x9d deyiblər.

Generallar məhkəməyə yük maşınlarının kimə məxsus olduğunu və yükün nədən ibarət olduğunu bilmədiklərini demişdilər (Azadlıq Padiosu).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO