O, yeni vəzifəsinin icrasına dekabrın 1-dən başlayacaq.
Timur Vaynşteyn Rusiyanın NTV kanalının baş prodüseri təyin edilib.
Moderator.az -ın xəbərinə görə, bu barədə məlumat kanalın rəsmi saytında yerləşdirilib.
“Timur Vaynşteyn NTV-nin baş prodüseri təyin edilib. O bu vəzifəni televiziya direktorunun müavini vəzifəsi ilə birgə icra edəcək”x9d, - məlumatda deyilir.
O, yeni vəzifəsinin icrasına cari ilin dekabrın 1-dən başlayacaq.
Həmçinin bildirilir ki, bu vəzifəni əvvəl icra edən Danila Şarapaov NTV kanalını tərk edib.
Qeyd edək ki, Timur Vaynşteyn 1991-ci ildən “Parni iz Baku”x9d (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir.

































































































