Rusiya Hərbi Hava Qüvvələri Suriyada həyata keçirdiyi əməliyyatları daha yaxşı yerinə yetirir, amma hələ görüləsi çoxlu işlər var.xa0
xa0
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Suriya əməliyyatı ilə bağlı Müdafiə Nazirliyinin rəsmiləri ilə keçirdiyi toplantıda deyib.xa0
xa0
“Tapşırıqlar layiqincə yerinə yetirilir. Amma bu, Suriyanı terrorçulardan təmizləmək və Rusiyaya qarşı baş verə biləcək terror hücumlarından qorunmaq üçün yetərli deyil. Qarşımızda böyük işlər var”x9d, - Putin bildirib.xa0
xa0
Toplantıda Rusiya Müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və digər generallar iştirak edib.








































































































