SOCAR rəsmisinə 340 minlik rüşvət ittihamı

SOCAR rəsmisinə 340 minlik rüşvət ittihamı

Hazırda oxunan: SOCAR rəsmisinə 340 minlik rüşvət ittihamı
99791
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Azkontrakt”x9d Səhmdar Cəmiyyətinin tabeliyində olan “Azərmetal”x9d Topdansatış Ticarət Birliyinin baş mutəxəssisi, Birliyin həmkarlar təşkilatının sədri İbrahimova Tamara Abdulla qızı sözgüdən səhmdar cəmiyyətin sədr müavini əvəzi Güləddin Dadaşovdan şikayətçidir.


T. İbrahimova iddia edir ki, G.Dadaşovun əsas «işi» də birliyin ərazilərinə yağlı müştəri tapıb satmaq olub. 

Şikayətçi bildirir ki, bununla da birlik işçilərinin qanunla qorunan maraqlarına böyük miqdarda ziyan vurulub: "Nəticədə işçilər bekar qalaraq işdən ayrılmalı olublar. Bu günə kimi uzun muddət işlədikləri birlikdən nə maaş, nə də özəl pay alıblar. Təkcə bizim birliyimizin 12.75 hektar sahəsini satmaqla məşğul olan Güləddin Dadaşov elə bil böyük bir işçi kollektivinin qəsdinə durub. Yerdə qalan 1.34 ha ərazi- anbar və təsərrüfatları ilə birlikdə artıq “Özəlləşdirmə haqqında”x9d Qanuna görə işçi kollektivinin payına düşdüyü halda, yenidən Dövlət qanunlarına zidd olaraq hansısa yollarla 0.5 ha sahə anbar və tikililərlə birlikdə Dövlət Miqrasiya Xidmətinə verilib (heç bir təhvil-təslim aktı olmadan). Hal-hazırda işçi kollektivi (uzun illər əmək stajı olan) hələ də özəl payını gözləməkdədir. Və bu barədə baş direktorumuz Şahin Abbasova etibarnamələrimizi də vermişik və nəticəsini gözləyirik. Bəs bu nə vaxt həll olunacaq? Bu gözləmələr ömürlükmü olmalıdir? Artıq bəzi işçilər işsizlikdən xəstə duşub, bəziləri dunyasını dəyişib -imkanımız olmayıb onlara baş çəkək, ölüsünü yerdən götürək. Belə insafsızlıq olarmı? Güləddin Dadaşovun bu özbaşınalığına nə vaxt son qoyulacaq? Güləddin Dadaşov nə vaxta kimi bizim başımıza oyunlar açacaq, torpaq satmaqla məşğul olacaq? Ən dəhşətlisi budur ki, Birliyimiz artıq çoxdandır heç bir alqı-satqı ilə məşğul ola bilməmiş, idarəmiz bərbad hala düşmüşdür".

Şikayətçi qeyd edir ki, uzun illər debitor borcu olan Magistral Neft Kəmərləri İdarəsi, nəhayət, uzun mübahisə və danışıqlardan sonra 587.0 min manatı onlara qaytarıb. Lakin yenə də Güləddin Dadşov rəhbərliyi aldadaraq hansısa yollarla həmin məbləği öz hesabına keçirib, ondan işçilərə yalnız az bir hissəsini verib: "Yəni, 10 illərlə maaş gözlədiyimiz halda, yalniz cüzi faizə sahib çıxa bilmişik. Hal-hazırda idarəmizin 393.720 min manat pulu “Azərkontrakt”x9d SC rəhbərinin saxta müavini tərəfindən qeyri-qanuni mənimsənilib. Onun bütün korrupsiya əməllərini ifadə edən və öz əl xətti ilə yazdığı sənədi təqdim etməyə hazıram. Məgər xalqa məxsus olan, Ulu öndərimiz Heydər Əliyev tərəfindən qurulub xalqa əmanət verilən hər bir obyekt və təsərrüfatlarımızı bu günə salan, millət və xalqı acınacaqlı vəziyyətə salan bu adamlar haqqında ölçü götürmək çətindirmi? Biz indi nə edək? Dəfələrlə Nazirlər Kabinetinə və Əmlak Komitəsinə özəlləşdirməyə dair sənədlər təqdim etmişik, heç bir xeyri yoxdur, Güləddin Dadaşov imkan vermir. Kənardan gələnlər isə bizim sahələri özəlləşdirir, bizı yaxına qoymurlar. Səbəbini onda görürük ki, rəhbərliyi ələ keçirmək istəyən, bunun üçün hörmətli sədrimiz Miri Qəmbərovu aldadan Güləddin Dadaşov bizə düşən qanuni paya göz dikib, ələ keçirmək istəyir. Hətta onu deyim ki, Güləddin Dadaşov Magistral Neft Kəmərləri İdarəsindən bizə veriləsi pulu nəğdləşdirib siyahı tutdu, öz kabinetində pul paylamağa başladı. İmza atandan sonra anladıq ki, o, pulun əsas hissəsini özünə saxlayıb, cüzi bir hissəsini isə bizə vermişdir. Onun təkcə mənə 5 min manata yaxın borcu qalıb, hələ də vermir. Mən niyə halal pulumu ondan ala bilməyim, amma borca girib çətin duruma düşməliyəm? Etiraz edəndə isə Güləddin Dadaşov bildirdi ki, SOCAR-dakı Magistral Neft Kəmərləri İdarəsinin rəhbərinə və SOCAR-dakı məsul şəxsə bu məbləğin 60 faizini, yəni 340 min manatı çatdırmalıyam. Elə də etdi, pulumuzu 60:40 nisbəti ilə mənimsədi... Hətta onun əl xətti ilə pay-bölüş sənədində özü yazır ki, 574 min manat nəğd pulun 340 mini Dövlət Neft Şirkətindəki həmin məsul şəxsin payıdır. Qalıq 234191 manat isə bizə qalandır. G.Dadşov bunu da yarıqat edib əlavə mənimsədi".

Şikayətçi rəsmi qurumlardan xahiş edir ki, Güləddin Dadaşova qarşı tədbir görülsün və halal əməkhaqqı borcu özümə qaytarılsın. (balansinfo.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO