Radara düşən sürücülərin nəzərinə- VİDEO

Radara düşən sürücülərin nəzərinə- VİDEO

Hazırda oxunan: Radara düşən sürücülərin nəzərinə- VİDEO
99527
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Sürət həddini aşan sürücülər haqqında elektron protokollar tərtib edilir və bu “ASAN”x9d ödəniş sistemi ilə onların mobil telefonlarına sms-lə bildirilir

Sms məlumatın gəlməsi üçün mütləq sürücünün mobil nömrəsi yol polisinin məlumat sistemində olmalıdır. Ancaq əksər sürücülərin mobil nömrələri qeydiyyatda yoxdur.

Moderator.az-ın xa0xəzər xəbər-ə istinadən məlumatına görə, 2014-cü ilə qədər avtomobillər qeydiyyata alınarkən sahibinin telefon nömrəsinin yol polisinə verilməsi mütləq deyildi.

Ona görə də xeyli sürücünün mobil telefon nömrəsi yol polisinin məlumat bazasında yoxdur. “ASAN”x9d ödəniş sisteminin tətbiqi ilə mobil nömrənin də qeydiyyata alınması şərt kimi qoyulub. Bu, sürücülərin daha operativ məlumatlandırılması məqsədi daşıyır.

Məsələn radarların sürət rejiminin yenidən tənzimlənmasindən sonra 38 min nəfər saatda 10-20 kilometr sürət həddini aşdığına görə cərimələnmişdi. Onların neçə faizinə sms məlumatın gəlməsi məlum deyil.

Düzdür, sonradan elektron protokollar vətəndaşın yaşadığı ünvana göndərilir, amma mobil nömrənin qeydiyyatda olması mübahisəli məsələlərin həllində yardımçı ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO