“Öz namizədlərimizi öz qəzetimizdə təbliğ edəcəyik”x9d  - YAP-dan AÇIQLAMA

“Öz namizədlərimizi öz qəzetimizdə təbliğ edəcəyik”x9d - YAP-dan AÇIQLAMA

Hazırda oxunan: “Öz namizədlərimizi öz qəzetimizdə təbliğ edəcəyik”x9d - YAP-dan AÇIQLAMA
99510
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Oktyabrın 9-dan etibarən deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına start veriləcək. 23 agentlik və sayt, 19 qəzet və 3 televiziya deputatlığa namizədlərin ödənişli əsaslarla təbliğatına yer ayırmaq üçün MSK-ya müraciət edib.

Bəzi məlumatlara görə, hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli sürülmüş  şəxslərin yalnız adıçəkilən partiyaya birbaşa bağlı olan və ya yaxın mətbu orqanlarda təbliğatları aparılacaq. Bəs bu, YAP-ın mətbuata qarşı ayrı-seçkiliyi kimi dəyərləndirilə bilərmi?  

YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov modern.az-a açıqlamasında məlumatı demək olar ki təsdiqləyib və bunu ayrı-seçkilik adlandırmağın əleyhinə olduğunu deyib

“Yeni Azərbaycan Partiyası öz namizədlərinin təbliğatını aparırsa, burda mətbuata qarşı heç bir ayrı-seçkilik yoxdur. Mətbuat orqanları  namizədlərin təbliğatını ödənişli əsaslarla apardığı halda, partiyalar da öz namizədlərinin ödənişsiz təbliğatını aparmağa çalışır. Hər bir namizədə istənilən yerdə təşviqat aparmaq hüququ verilir. Biz öz mətbu orqanlarımızda təşviqatımızı aparacağıq. Partiyanın fəaliyyəti ilə əlaqədar biz bunu etməliyik.

Əgər hansısa saytda təşviqatımızı aparmaq istəyiriksə, onunla da müqavilə bağlayıb orda da təşviqatımızı apara bilərik. Hələlik isə öz mətbuat orqanlarımızda təşviqatımızı aparacağıq”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO