Bakı-Sumqayıt yolunda sürüşmə  - “Vəziyyət təhlükəlidir”x9d

Bakı-Sumqayıt yolunda sürüşmə - “Vəziyyət təhlükəlidir”x9d

Hazırda oxunan: Bakı-Sumqayıt yolunda sürüşmə - “Vəziyyət təhlükəlidir”x9d
99469
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakı-Sumqayıt yolunda baş verən sürüşmə nəticəsində böyük çat yaranıb, çökmə müşahidə edilir. Vəziyyət təhlükəli hesab olunur”x9d.

Moderator.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib: “Sürüşmə Sumqayıtdan Bakıya gələn avtobusların Avtovağzala giriş istiqamətində baş verib. Yolun dayanacaq hissəsində yol 30-40 sm çöküb, istinad divarı 15 sm aralanıb, avtovağzal tərəfə əyilib”x9d.

Ə.Piriyev bildirib ki, təhlükəli olduğundan artıq ərazidə avtobusların hərəkəti məhdudlaşdırılıb: “İlkin müşahidələrdən sonra səbəbin atmosfer çöküntüləri, suvarmalarla əlaqədar olduğunu düşünürük. Ola bilər ki, lay suları da təsir etsin. Lakin bu, ilkin rəydir, dəqiq səbəbi müəyyən etmək üçün araşdırma aparmaq lazımdır. Artıq ərazidə avtobusların hərəkəti məhdudlaşdırılıb. Bakı-Sumqayıt yolunda heç bir məhdudiyyət yoxdur, sadəcə sürüşmə baş verən dayanacağa giriş məhdudlaşıb. Çünki çat böyükdür, hər an daha da böyüyə bilər. Çatın genişlənməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir”x9d.

Bakı-Sumqayıt
Bakı-Sumqayıt


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO