"Əhalinin tibbi sığortası bu gün ən önəmli məsələlərdən biridir"

Hazırda oxunan: "Əhalinin tibbi sığortası bu gün ən önəmli məsələlərdən biridir"
99467
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Millət vəkili Qənirə Paşayeva MM-də büdcə müzakirələrində Qarabağ əlillərinin tibbi sığortası və 1-ci qrup əlillərin övladlarının təhsil haqqından azad edilməsi təklifi ilə çıxış edib.

Milli Məclisin 6 komitəsinin və hökumətin iştirakı ilə keçirilən büdcə müzakirələri zamanı millət vəkili Qənirə Paşayeva ölkədə tezliklə tibbi  sığortanın tətbiqinin həyata keçirilməyə  başlanmasının ən vacib məsələlərdən biri olduğunu vurğulayıb. Əhalinin tibbi sığortası bu gün ən önəmli məsələlərdən biridir  və 2016-cı ildə onun tətbiqi sadə insanlarımız üçün ən əhəmiyyətli məsələlərdən biridir və ümid edirəm ki, bu məsələ gələn il öz həllini tapacaq deyən millət vəkili Qənirə Paşayeva  Qarabağ  müharibəsi  əlillərinin  tibbi sığortası məsələsinə xüsusi toxunub, onların bu istiqamətdə müraciətlərindən danışıb  və qısa zamanda bunun həyata keçirilməsinə  böyük ehtiyac olduğunu deyib. Millət vəkili 1-ci qrup əlillərin övladlarının ali təhsil müəssisələrində  ödənişli haqlardan azad edilməsini də təklif edib: "1-ci qrup əlillərin bir hissəsi ağır xəstədirlər və tamamilə özlərinə qulluq edə bilmirlər. Və həmin ailələrdə həyat yoldaşı məhz buna görə işə gedə bilmir, işləyə bilmir. Çünki həyat yoldaşına baxmalıdır. Buna görə də ailəyə daxil olan gəlir əksər hallarda 1-ci qrup əlilin əlilliyə görə aldığı pensiyadan ibarət olur ki, bununla da bir ailənin yaşaması, əlillin dərman ehtiyacları zorla ödənilir. Belə ailələrdə böyüyən uşaqların ali təhsil ala bilməsinə dəstək göstərmək üçün onları ödənişli təhsili qazandıqları halda ödənişdən azad etmək lazımdır. Çünki belə ailələrin demək olar ki, uşaqlarını oxuda bilməsi onsuz da asan deyil, ödənişlə isə demək olar ki, mümkünsüzdü. O səbəbdən də dövlətimiz 1-ci qrup əlillərin övladlarına bu cür güzəşt etməklə onların təhsil ala bilməsi stimullaşdıra bilərdi". Millət vəkili iclasda iştirak edən maliyyə naziri Samir Şərifovdan bu məsələlərin hökumət  qurumları tərəfindən baxılmasını xahiş edib. Nazir isə bu məsələnin araşdırılacağını söyləyib. Millət vəkili Qənirə Paşayeva həmçinin 1-ci qrup əlillərə ailədə qulluq edən şəxsə müəyyən qədər vəsait ayrılması məsələsinə də yaxın zamanlarda baxılmasının çox vacib olduğunu diqqətə çatdırıb və ailələrin bununla bağlı müraciətlərindən danışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO