Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Qəribova Həbibə açaraq mövzü haqqında geniş məlumat verib.
Problemin həllinə kömək üçün ictimai fəaliyyət, insanlar arasında təbliğat, KİV-də bu istiqamətdə məqsədyönlü fəaliyyət, məktəblərdə, məscidlərdə, iş yerlərində ictimai davranış mədəniyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyətlər göstərilməsi vacibliyini qeyd edib. Qax rayon İcra Hakimiyyəti nümayəndəsi NəzirMəhəmməd Nəsirov çıxış edərək, mövzünun aktuallığını vurğulayıb. Tədbirdə Qax rayon Ağsaqqallar şürasının sədri Nadir Aşurov çıxış edərək, gənclərə bu mövzu ətrafında öz dəyərli məsləhətlərini verib.Tədbirdə Qax rayon Ağsaqqallar şürasının üzvü, jurnalist İlyas Mehrabov və rayon gənclər və idman idarəsinin rəis müavini Elvin Nəsimov iştirak ediblər. Sonra tədbir iştirakcılarına mövzünü əhatə edən buklet, papaq və köynəklər paylanıb.








































































































