Dəyişən və yeniləşən Horadiz...

Dəyişən və yeniləşən Horadiz...

Hazırda oxunan: Dəyişən və yeniləşən Horadiz...

92482
Hər il avqust ayının  23-ü yaxınlaşdıqca bütün işğal olunmuş rayonların əhalisi kimi Füzuli,Cəbrayıl rayonlarının sakinləri də həmin acılı, kədərli, qəmli günləri  kədərlə xatırlayırlar.  Onlar öz kədərlərini, acılarını birləşdirmək üçün şəhidlər xiyabanına, eyni zamanda Füzulinin azad olunmuş Horadiz şəhərinə toplaşır və öz  qəmli günlərini  bir daha öz aralarında bölüşürlər. Füzuli ictimaiyyəti üçün onun işğaldan azad olunmuş  bir hissəsi  böyük təskinlikdir. Çünki, rayonun bir hissəsinin bizdə olması Füzuli əhalisi üçün böyük imkanlar yaratmışdır. Hazırda rayonun mərkəzi Horadiz şəhəri abadılaşdırılıb, gözəlləşdirilib, yaşayış binaları təmir olunub, yeni idarə inzibati binaları tikilib, dəmiryol vağzalı təmir olunub yeni tibb ocaqları tikilib. Xüsusilə təhsil sahəsində  müasir tipli orta məktəblər tikilib, bərpa olunaraq şagirdlərin istifadəsinə verilib. Ona görə də Horadiz qəsəbəsində əhalinin sayı durmadan artmaqdadır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  Horadiz şəhər statusu almışdır. Artıq demək olar ki, Füzuli rayon iqtisadiyyatının əsas sahələri üzrə uğurlu nəticələr əldə olunub. Başqa rayonlarda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı həyata keçirildiyi kimi bu Füzuli rayonunda da  uğurla həyata keçirilir. Görülən məqsədyönlü tədbirlər nəticəsində müharibənin ağır fəsadları demək olar ki, tamamilə aradan qaldırılıb. Rayonun ən ucqar kəndlərinə belə qaz, işıq, su çəkilişi təmin olunmuşdur. Qəsəbə və kəndlərə yüksək keyfiyyətli asfalt yollar salınmışdır. Rayon işğaldan azad edildikdən sonra azad olunmuş kəndlərdəki, dəymiş ziyan aradan qaldırılmış, insanların yaşayış təminatını yaxşılaşdırmaq üçün 1500-dən artıq ev yenidən bərpa olunmuş və sahiblərinə təhvil verilmişdir. Bununla yanaşı Zoburcuq adlanan ərazidə beş müasir qəsəbə salınmış həmin qəsəbələrdə məktəblər, tibb ocaqları, klublar, kitabxanalar və başqa xidmət ocaqları fəaliyyət göstərir. Bildiyimiz kimi Füzuli rayonu kənd təsərrüfatı rayonudur. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. Odur ki, Alı Alıyev Azərbaycan Respublikasının prezdentinin sərəncamı ilə rayona başçı təyin edildikdən sonra birinci növbədə rayonun iqtisadiyyatını, sənayesini inkişaf etdirmək üçün rayona investorları dəvət etdi. Onlara öz işlərini qurmaq üçün lazımi şərait yaratdı və bu da öz nəticəsini verdi. Rayon rəhbərliyi rayonda inkişaf  tempini artırmaq üçün hər rübdə və altı aydan bir sosial-iqtisadi yığıncaq keçirir. Yığıncaqda ilin üç ayı və yaxud altı ayı ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzələr edilir, iqtisadiyyatın əsas sahə üzrə uğurlu nəticələr qazanıldığı regionların 2014-2018- ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə  tutulmuş işlərin gedişi barədə müzakirələr aparılır. Hazırda rayonun Əhmədbəyli kəndində körpələr evi, uşaq bağçası, 340 şagird yerlik musiqi təmayüllü  gimnaziya  binası, Bala Bəhmənli kəndində 60 çarpayılıq körpələr evi - uşaq bağçası binasının tikintisi başa çatmışdır. 31 iyul 2015- ci ildə Füzuli Rayon İcra Hakimiyyətinin  başçısının hesabatı dinlənilmişdir. Hesabatda təhsil, mədəniyyət, idman və digər xidmət sahələrində görülən işlər təhlil olunub, uğurlarla yanaşı mövcud problemlər və çatışmamazlıqlar göstərilib, qarşıda duran vəzifələr müəyyən edilib. Bu gün Horadiz şəhərinə yola düşən və orada olan vətəndaşlar bu şəhərdə aparılmış abadlıq-quruculuq  işinə təəccüblü  qala bilməyir. Abadlıq-quruculuq işləri ilə yanaşı burada yaşıllaşdırma işlərinə xüsusi diqqət yetirilir. Rayon Mənzil Kommunal Təsərrüfatı işçilərinin əməyi nəticəsində yaşıllaşdırma və ağac əkmə işləri çox yüksək səviyyədə həyata keçirilmişdir. Təkcə bu işlər Horadiz şəhərində deyil, eyni zamanda rayonun kəndlərinə çəkilmiş yeni şose yollarının kənarında əkilmiş çinar ağacları kəndlərin mənzərəsinə xüsusi gözəllik verir. Əhalinin yaşayış səviyyəsinə gəldikdə isə, əminliklə qeyd edə bilərəm ki, əhalinin maddi-rifah halı başqa rayonlara nisbətən daha yüksəkdir. Çünki,  ərazisi münbit torpaqlardan ibarət Füzuli rayonu, əkinçilik, heyvandarlıq sahəsinin inkişafı üçün bütün maddi-texniki bazası var. Xüsusilə taxılçılıq sahəsinin  inkişafında  bu rayonun  xüsusi çəkisi var. 
Hələ Böyük Vətən Müharibəsi illərində baş vermiş ərzaq qıtlığında Füzuli rayonu qonşu rayonları və xüsusilə Naxçıvan Muxtar Respublikasını qismən də olsa taxılla təmin etmişdir. Hazırda rayonda demək olar ki, kənd təsərrüfatı məhsullarının bütün növləri istehsal olunur. Buna da səbəb fermerlər üçün və kənd sakinləri üçün Rayon İcra Hakimiyyəti tərəfindən onlara münbit şəraitin yaradılmasıdır. Belə ki,vaxtilə vəzifəsindən imkanlarından istifadə edib, torpağı zəbt etmiş, adamlardan həmin torpaqlar alınmış və ehtiyacı olan rayon sakinlərinə və şəhid ailələrinə verilmişdir. Şəhid ailələrinin ehtiyacları onların problemləri daimi rayon rəhbərliyinin diqqətindədir. Onların hər hansı sahədə bir çətinlikləri olduqda Rayon İcra Hakimiyyətinin göstərişi əsasında  həmin problem aradan qaldırılır. Şəhid ailələri ilə yanaşı Qarabağ veteranları da diqqətdən kənarda qalmır. Keçən il  Horadiz şəhərində yeni tikilmiş evlər onların arasında ədalətli şəkildə paylanılmışdır.  Bildiyimiz kimi Azərbaycan Respublikası  Prezidenti İlham Əliyev cənabları cəbhə bölgəsində yerləşən Füzuli rayonuna dəfələrlə səfər etmişdir.  Cəbhə bölgəsində yerləşən Füzuli rayonuna cənab prezident xüsusi qayğı göstərir. Sonuncu dəfə  prezident Füzuli rayonunda olduqda burada aparılan  quruculuq işlərindən,  iqtisadiyyatın gücləndirilməsindən,  əhalinin  maddi-rifah halının yaxşılaşdırılmasından çox razı qalmışdır. Bütün bu nailiyyətlərin qısa bir müddətdə həyata keçirilməsi Alı Alıyevin rayona icra başçısı təyin edilməsindən sonra baş vermişdir. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr, 2014-ci il tarixli sərəncamı ilə Alıyev Alı Nuşirəvan oğlu respublikanın ictimai- siyasi həyatında xidmətlərinə görə “Şöhrət Ordeni”x9d ilə təltif edilmişdir.  Təəssüf edirik ki, bəzi insanlar rayonun bu nailiyyətlərinə qısqanclıqla yanaşır və bəzi kütləvi informasiya vasitələrində rayon haqqında heç bir əsası olmayan xoşagəlməz, qərəzli yazılar dərc edir. Yalan ayaq tutar, amma yeriməz.
Bu gün Horadiz şəhərinin yüksəkliyində  salınmış Bayraq meydanında dalğalanan üçrəngli bayrağımız hər dalğalandıqca sanki, ermənilərə səslənir və deyir: “Biz torpaqlarımızı tezliklə azad edəcəyik. O, torpaqları sizə bağışlamayacağıq. Artıq bizim güclü ordumuz və dünya səviyyəli Ali Baş Komandanımız var”x9d. 

Qiyam Ərşadoğlu,
"Paralel" qəzetinin İqtisadiyyat şöbəsinin müdiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO