Bakının kondisionerli avtobuslarının marşrutu bilindi  - CƏDVƏL

Bakının kondisionerli avtobuslarının marşrutu bilindi - CƏDVƏL

Hazırda oxunan: Bakının kondisionerli avtobuslarının marşrutu bilindi - CƏDVƏL

89245
"BakuBus" MMC-yə məxsus "Iveco" sərnişin avtobuslarının paytaxt ərazisində hansı marşrutlar üzrə xidmət göstərəcəyi məlum olub. 


Moderator.az  xəbər verir ki, həmin marşrutlar gələn aydın xidmətə başlayacaq.

İlkin olaraq yeni gətirilən avtobuslar bu xətlər üzrə hərəkət edəcək:

1 nömrəli marşrut avtobusu "Koroğlu" m/st - "28 May" m/st

2 nömrəli marşrut "20 Yanvar" m/st - "Azadlıq" m/st - Ziya Bünyadov

3 nömrəli marşrut "Azadlıq" m/st - "Elmlər" m/st

4 nömrəli marşrut "N.Nərimanov" m/st - "Xətai" m/st

5 nömrəli marşrut "N.Nərimanov" m/st - 20-ci Sahə

6 nömrəli marşrut "Azadlıq" m/st - 20-ci Sahə

7 nömrəli marşrut "Azadlıq" m/st - Ziya Bünyadov - 20-ci Sahə

8 nömrəli marşrut "Azadlıq" st - "28 May" m/st

9 nömrəli marşrut "N.Nərimanov" m/st - "Caspian Mall"

10 nömrəli marşrut "N.Nərimanov" m/st - Azneft dairəsi

11 nömrəli marşrut "N.Nərimanov" - "Elmlər Akademiyası" m/st

12 nömrəli marşrut "20 Yanvar" m/st - 20-ci Sahə

13 nömrəli marşrut "20 Yanvar" m/st - "Koroğlu" m/st

14 nömrəli marşrut "20 Yanvar" m/st - "Xətai" m/st xətti üzrə hərəkət edəcək.

Verilən məlumata görə, "BakuBus”x9d ictimai nəqliyyatında vahid kart (BakıKart) tətbiq olunacaq.

"Həmin avtobuslarda nəğd ödəniş qəbul olunmayacaq. "BakıKart”x9d-ın alınması və istifadə qaydası cox rahatdır. Kartları Metro stansiyalarındakı "BakıKart”x9d terminallarımızdan və sizə ən yaxın  "BakıKart" terminallarından əldə edə bilərsiz. "BakıKart" terminalları yalnız nəğd ödəniş qəbul edir. "BakuBus”x9d sərnişinləri gediş məntəqəsinə gecikməmək üçün vaxtında təyin olunmuş dayanacaqlarda olmasını xahiş edir”x9d, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, yeni avtobuslarda əlil insanların istifadəsi də nəzərə alınıb. Pilləkanın olmaması sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Avtobuslarda quraşdırılmış panduslar əlil arabalarının hərəkət etməsi üçün şərait yaradır. Fiziki qüsuru olan insanlar avtobusa rahat qalxıb-düşmələrinə sürücülərimiz köməklik göstərir. "BakuBus" bildirir ki, fiziki qüsuru olan sərnişinlərə standard qiymət tətbiq olunacaq.

 Gedişhaqqı isə 20 qəpik təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO